Главная > Kriminal > Türkiyədə Ergenekon: məhkəmə hökmləri ləğv etdi

Türkiyədə Ergenekon: məhkəmə hökmləri ləğv etdi


21-04-2016, 21:24.

basbug

 Türkiyənin Ali Apellyasiya Məhkəməsi dövlət çevrilişində ittiham olunan 275 nəfərə, o cümlədən yüksək rütbəli hərbi zabitlərə dair məhkəmə hökmünü ləğv edib.

Apellyasiya məhkəməsi bildirib ki, Ergenekon adlandırılan şəbəkənin mövcudluğu təsdiq olunmadığından hökmlər əsassızdır.

Zabitlər, jurnalistlər, hüquqşünas və akademiklər 2013-cü ildə o zaman baş nazir olan Recep Tayyip Erdoğanı devirməyə cəhddə təqsirli bilinmişdilər.

Yeni məhkəmə qərarı həmin işlərə yenidən baxılması ilə nəticələnə bilər.

Ergenekon müasir Türkiyə tarixində ən böyük qalmaqallardan biridir və cənab Erdoğanın İslamçı AK partiyasındakı tərəfdarları və sekulyar hərbi esteblişment arasında qalmaqal yaratmışdı.

Məhkəmələr İstanbul yaxınlığındakı Silivri ərazisində yüksək təhlükəsizlik tədbirlərilə keçirilmişdi və polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etmişdi.

Müttəhimlər arasında ən yüksək rütbəlisi keçmiş ordu generalı İlker Başbuğ da vardı və ona ömürlük həbs cəzası verilib. Digər 16 nəfərə də uzunmüddətli həbs cəzaları kəsilib.

2014-cü ilin martında Türkiyə konstitusiya məhkəməsi barəsində olan hökmü ləğv etdikdən sonra cənab Başbuğ azadlığa buraxılmışdı. O, 2008-ci ildən 2010-cu ilədək Türkiyə ordusunun rəhbəri olub.(bbc.com)


Вернуться назад