Главная > İdman > Əlləri və ayaqları olmayan qız yarışda qalib oldu - VIDEO

Əlləri və ayaqları olmayan qız yarışda qalib oldu - VIDEO


21-04-2016, 21:05.
Əlləri və ayaqları olmayan qız yarışda qalib oldu - VIDEO
Britaniyanın Derbi şəhər sakini, 12 yaşlı İzzi Uill kiçik yaşlarında əllərindən və ayaqlarından
məhrum olub. 

Musavat.com xəbər verir ki, bütün bunlar qızın idmanla məşğul olmasına və uğurlar
qazanmasına mane olmayıb.

Məlumata görə, İ.Uill əllərini və ayaqlarını altı yaşında keçirdiyi ürək tutması
xəstəliyindən sonra itirib. 2011-ci ildə gənc qız üçün protez hazırlanıb və o, yeriməyi öyrənib. 

Daha sonra isə idmanla məşğul olmağa balşlayıb. Bu yaxınlarda İzzi Uill ikinci qrup
əlil idmançılar arasında keçirilən yarışda qalibi olub.
 


Вернуться назад