Главная > Mənəviyyat > Bu gecə Xaçmazda baş verən zəlzələnin görünməyən tərəfləri...

Bu gecə Xaçmazda baş verən zəlzələnin görünməyən tərəfləri...


20-04-2016, 21:49.
"Siz günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, sizi başlı-başına buraxıb Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!" Quran, 43:5 

Xəbər verildiyi kimi, bu gecə Xaçmaz rayonunda 4 bal gücündə baş verən zəlzələ əhali arsında həyəcan və təşvişə səbəb olmuşdur.

Bu ayın 10-da Xaçmazdakı qasırğa və enerji böhranının görünməyən tərəflərini elmi-ladun hesablamalarla şərh etmişdim (linki yazının sonuna əlavə edirəm). Szügedən linki belə bir şərhlə paylaşmışdım ki, bundan sonra artıq saatlar sananacaq (yəni yazıda keçən 114 və 286 ədədlri artıq günlərlə deyil, saatlarla öz təsirin göstərəcək). Maraqlıdır ki, bu gün həmin qasırğanın 286 saatı tamam idi ki, bu da özünü zəlzələ həyəcanı ilə biruzə verdi. Görünür qasırğadan nəticə çıxarmayan və tövbə etməyən yatan əhalini Allah zəlzələ ilə silkələyib oyatmağa çalışıb (ağır yatanları adətən silkələyib oyadarlar). 

Oxucuda haqlı sual yaranacaq ki, bu zəlzələ xalqı oyatmaq üçündürsə, niyə məhz Xaçmazda baş verdi? 
Maraqlıdır ki, həm qasırğa, həm də zəlzələ hadisəsi rayonun seriyası (və rabitə indeksi) olan 27 (!) ədədinə bağlanır. Belə ki, bu gün 23 martda baş verən Ay tutulmasının  27-ci (!) günüdür,  (astronomik hadisələrin əslidə gələcək bəlaların xəbərdarlığı olduğu barədə hesablamaları ötən yazımda təqdim etmişdim).

"And olsun ki, Allah bunları hesablamış, təkrar-təkrar saymışdır". Quran, 19:94

(Şimal bölgəsində baş verən qasırğanın görünməyən tərəfləri...http://www.moderator.az/news/131462.html)


Paşa Yaqub – tədqiqatçı-yazıçı.

Вернуться назад