Главная > Kriminal > Qüdsdə avtobus partladıldı, 21 nəfər yaralanıb

Qüdsdə avtobus partladıldı, 21 nəfər yaralanıb


18-04-2016, 20:31.
Qüdsdə avtobus partladılıb, 21 nəfər yaralanıb
Qüdsdə avtobusda bomba partladılıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail polisinin
rəsmi nümayəndəsi Mikki Rozenfeld bəyan edib.
 
"Mütəxəssislər avtobusda partlayıcı qurğunun işə düşməsini artıq təsdiqləyiblər.
Son məlumata əsasən, insident nəticəsində 21 nəfər yaralanıb. Hazırda polis
iki versiya üzərində işləyir:  partlayıcı qurğunun əvvəlcədən avtobusa
yerləşdirilməsi və yaxud partlayışın terrorçu-kamikadze tərəfindən törədilməsi”,
deyə polis nümayəndəsi bildirib. 


Вернуться назад