Главная > Kriminal > Ekvadorda 100-ə yaxın məhbus həbsxanadan qaçdı

Ekvadorda 100-ə yaxın məhbus həbsxanadan qaçdı


18-04-2016, 20:19.
Zəlzələdən sonra 100-ə yaxın məhbus həbsxanadan qaçıb
Ekvadorın Manabi əyalətində zəlzələdən sonra 100-ə yaxın məhbus həbsxanadan qaçıb.

Musavat.com xəbər verir ki, məhbusların bir qismini yenidən həbs etmək
mümkün olsa da, böyük əksəriyyəti hələ də azadlıqdadır.
 
Ədliyyə naziri Suniqi Roçi bildirib ki, təbii fəlakət həbsxananın infrastrukturunun
dağılmasına səbəb olduğu kimi, məhbusların qaçmasına da imkan yaradıb.

Nazir hadisə barədə bunları deyib: "Qaçanları biz Ekvador polisi ilə birlikdə
axtarırıq. Qaçanlardan 30 nəfər tutulub və bir neçə nəfər könüllü təslim olub”.

Вернуться назад