Главная > Siyasət > Cavanşir Quliyevdən Əli Kərimliyə dəstək

Cavanşir Quliyevdən Əli Kərimliyə dəstək


17-04-2016, 17:19.

cavanshir-quliyev

"Orada qışqıranlar aydınlıq gətirsinlər görək, Əli Kərimli etməli olduğu nəyi etməyib?”

Azərbaycanın tanınmış bəstəkarı, hazırda Kiprdə yaşayıb yaradan Cavanşir Quliyev AXCP sədri Əli Kərimliyə qarşı son günlərdə təşkil olunan kampaniyaya münasibət bildirib. C.Quliyev bu barədə "Azərbaycan saatı” radiosunun rus bürosunda 2-5 aprel arası Qarabağda getmiş döyüşlər mövzusunda müzakirə zamanı danışıb.

Bəstəkar bildirib ki, bütün ölkələrdə müxalifətin funksiyası hakimiyyətin hərəkətəlrinə tənqidi tərəfdən baxmaqdır və bu, Azərbaycanda da belə olmalıdır. Əli Kərimliyə qarşı ittihamları əsassız sayan Cavanşir Quliyev deyib ki, bugünlərdə onun bir müsahibəsi ilə tanış olub və orada Qarabağdakı son döyüşlərlə bağlı pisləniləcək hər hansı fikrə rast gəlməyib.

"Əli Kərimli deyib ki, 20 ildir ölkə başçısı torpaqlarımızı lazım gəlsə müharibə yolu ilə azad edəcəyimizi bildirir. İndi də müharibə başlayıb, deyiləni etmək lazımdır. Şəxsən mən də əvvəldən belə düşünmüşəm ki, ermənilərlə danışıqların mənası yoxdur, bu, vaxt itkisidir. Onların nə istədiyi bəllidir – torpaqlarımızı istəyirlər. Bizsə torpaqlarımızı onlara vermək istəmirik. Deməli torpaqlar uğrunda döyüşmək lazımdır… İndi əgər buna görə müxalifəti xəyanətdə, satqınlıqda ittiham edirlərsə, izahat versinlər görək, müxalifət nəyi satıb, nəyə xəyanət edib. Əli Kərimlinin evi önündə piket keçirənlər aydınlıq gətirsinlər görək, o etməli olduğu nəyi etməyib? Maraqlıdır, orada qışqıranlar özləri ümumiyyətlə nəsə ediblər, yoxsa ancaq qışqırmağı bacarırlar?” deyə Cavanşir Quliyev qeyd edib.

Tələbələrin AXCP liderinin evi önünə səfərbər olunması faktına münasibət bildirən bəstəkar vəziyyəti yaşadığı Kiprdə belə təşəbbüsün nəylə nəticələnə biləcəyini təsvir etməklə izah edib: "Kiprdə dekanlar tələbələri kiminsə evinin qarşısına piketə göndərsə, səhəri günü həmin universitetin fəaliyyəti dayanar. Burada heç bir müəllim tələbəyə belə şey təklif edə bilməz. Əks halda həmin universitetin özünün qarşısında piket olar, iş məhkəməyə gedər. Azərbaycanda isə vəzifədə işləyən çoxlu qorxaq var ki, vəzifəsini qorumaq üçün istənilən layaqətsiz, qanunsuz tapşırığı yerinə yetirməyə hazırdır. Ora gedən tələbələr arasında da elələri var ki, valideynləri öz taylarıdır. Deyirlər, get, nə dedilər onu et”.

Bəstəkar bu mövzuda fikrini belə tamamlayıb ki, müxalifət hakimiyyətin bu kampaniyasından uğurla çıxacaq, çünki 20 ildir çox belə olaylar görüb.


Вернуться назад