Главная > Kriminal > Kişmişin arasında yarım ton heroin tapıldı-Azərbaycanda

Kişmişin arasında yarım ton heroin tapıldı-Azərbaycanda


17-04-2016, 19:50.
Kişmişin arasında yarım ton heroin tapıldı
 
Azərbaycan gömrükçüləri yarım tondan artıq heroini aşkar edib.

Kişmiş yüklü maşın Astara gömrükçüləri tərəfindən əməliyyat məlumatına əsasən saxlanılıb. Maşına rentgen baxışı keçirilən zaman məlum olub ki, yük heç də kişmişdən ibarət deyil. Maşından təqribən yarım tondan artıq heroin aşkarlanıb.

Gömrük sənədləşməsində Volvo markalı yük maşınında 20 ton 200 kq kişmiş yükü olduğu yazılsa da, baxış zamanı məlum olub ki, 1997 kişmiş qutusunun 100-ünə narkotik vasitə olan heroin qablaşdırılıb.

Sürücü 39 yaşlı Belarus vətəndaşı Aleksandr Antonoviç Kuzmin yükün İran İslam Respublikasından yükləndiyini və Belçikaya çatdırılmalı olduğunu deyib. A. Kuzmin kiçmiş yükünün içində narkotik vasitə olan heroinin gizlədilməsindən tamamilə xəbərsiz olduğunu bildirsə də, Dövlət Gömrük Komitəsinin istintaq idarəsində başlanan araşdırmalar zamanı məsələyə aydınlıq gətiriləcək.

Azərbaycan gömrükçülərinin son ayda ikinci böyük miqyaslı uğurlu əməliyyatıdır. Ötən ay Xaçmaz gömrük idarəsində kişmiş yüklü maşına baxış keçirən zaman da 486 kq narkotik vasitə olan heroin aşkar edilmişdi.(ans)


Вернуться назад