Главная > Mənəviyyat > Qarabağdakı son olayların pərdəarxası məqamları

Qarabağdakı son olayların pərdəarxası məqamları


13-04-2016, 19:05.
 
Dostlar mənə irad tuturlar ki, ölkədə dörd gün qızğın müharibə getdi, bütün ölkə əhli buna öz münasibət bildirsə də, təkcə Paşa Yaqubdan bu barədə heç bir informasiyaya, münasibətə rast gəlmədik. İradların və ünvanıma gələn sualların ardı-arası kəsilmədiyini görüb gec də olsa məsələyə münasibət bildirmək məcburiyyətində qaldım. Aşıq Ələsgərin sözü olmasın: "Desəm öldürəllər, deməsəm ölləm"

Əvvəlcə onu qeyd edim ki, aprelin 2-də başlayan dörd günlük müharibə yəhudilərlə rusların Azərbaycana nəzarət uğrunda savaşının nəticəsi idi. Belə ki, 2014-cü ilin yanvarında mafiyalar arasında dünyanın yenidən bölünməsi prosesi getdi və həmin bölgüdə Azərbaycan rusların çətiri altına girdi. Bundan bir-iki ay sonra Azərbaycanda güclü repressiyalara start verildi (hərçənd ki, bu repressiyalarda rusların heç bir marağı yox idi, daxili maraqdan irəli gəlirdi).
Amma, sonradan ruslara tətbiq edilən beynəlxalq sanksiyalar onlarla yanaşı Azərbaycanı da pis vəziyyətdə qoydu. Beləliklə, son dövrlər bizimkilər rus çətirini yəhudi çətirinə dəyişmək məcburiyyətində qaldılar.... Bununla da sanksiyalardan yayındılar....
.... Və beləliklə də iki böyük güclərin Azərbaycana nəzarət etmək uğrunda qızışan mübarizəsi aprelin 2-də Qarabağda müharibənin alovlanması ilə nəticələndi...

Bütün bunlara baxmayaraq, həmin savaşda Vətənin müdafiəsi uğrunda dünyasın dəyişənlər şəhid sayılır və onların məqamı Cənnətdə peyğəmbərlərin məqamı ilə eynidir (eyni mərtəbədə qərar tuturlar). Bütün şəhidlərə və peyğəmbərlərə salam olsun!

"Əgər siz bir döyüşdə yara aldınızsa, o biri kafir dəstə də başqa döyüşdə o cür yara aldı. Biz bu günləri (qələbəni və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz!" Quran, 3:140
"Müharibəyə getməyib evlərində oturan və müharibəyə getmiş qardaşları haqqında: "Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə söylə: "Əgər doğru deyirsinizsə, onda bacarıb ölümü özünüzdən uzaqlaşdırın!” Quran, 3:169.
 
Təəssüflə qeyd etməliyəm ki,Azərbaycanın çətir dəyişməsi burada represiyaların daha da "çiçəklənməsinə"səbəb olur.Ona görə də Rəbbim Qurani-Kərimdə mominlərə tövsiyyə edir ki,yəhudi və xaçpərəstlərdən sizə heç vaxt dost olmaz!


Söz ardı: Bundan sonra Azərbaycanda nələrin gözlənildiyini bilmək istəyən dostlarım şəkildəki "Məhəbbət ili" kitabımı oxuya bilərlər. 


 
Tədqiqatçı-yazar: Paşa Yaqub
Uluyol.info

Вернуться назад