Главная > Region > Xəzərdə itkin düşən balıqçılardan daha birinin meyiti tapıldı (VİDEO)

Xəzərdə itkin düşən balıqçılardan daha birinin meyiti tapıldı (VİDEO)


13-11-2015, 00:13.
Xəzərdə itkin düşən balıqçılardan daha birinin meyiti tapıldı (VİDEO)
 
Balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkar edilib.
 
Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin şimal sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Bir gün sonra onlardan birinin Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə aşkar edilib. Meyit Xəzər dənizinin Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
 
Digər itkin düşən balıqçı Laçın Laçınov axtarışları davam etdirilir. (Region TV)




 
 

Вернуться назад