Главная > Mövqe > Soylu Atalı : "Qarabağ sorunu milli sorundur, onu millət çözməlidir"
Soylu Atalı : "Qarabağ sorunu milli sorundur, onu millət çözməlidir"12-04-2016, 09:37. |
Toplumun üzdə olan aktiv kəsimi bilir ki, Rusiya üçün tarixlərinin önəmli bir səhifəsini yazan Pyotr Azərbaycanla və Türkiyə ilə bağlı plan sərgiləmişdir (çoxları bunu Pyotrun rus millətinə vəsiyyəti kimi eşitmişdir). Bu planla onlar Qafqazda Azərbaycanın bir dövlət kimi varlığına son vermək istəyi güdürlər. Azərbaycan dövlətçiliyini biryolluq yenməklə Türkiyəni parçalayıb əsarətə götürmək (PKK və başqa terror örgütləri də bunun üçün yaradılmışdır) və İstanbula bayrağını sancmaqla dünyaya ağalıq eləmək. Rusların bu əməlləri Pyotrun istəyinin davamıdır ki, bu günə kimi davam edir. Pyotrun çağırışından bu günə kimi yüzillər keçib, dünya düzəni dəyişib, indi dünyanın yönətiləsi şərtləri başqadır, ancaq rusların istəkləri dəyişməyib. Azərbaycanı Arazboyu bölməklə onun gücünü ən aşağı həddə salmaq, Dəmirqapını işğal eləməklə özünün strateji etkilərini artırmaq, Azərbaycanın Quzey parçasının böyük bir coğrafiyasında özü üçün oyuncaq Ermənistan dövləti yaratmaq, sonra addım-addım gah Qazaxdan, gah Dağ Borçalıdan, gah (indi Ermənistan sayılan) ayrı-ayrı mahallarımızdan parçalar qoparıb Ermənistana calamaq, Qarabağı, qırağındakı rayonlarımızla bir yerdə, işğal eləyib erməniləşdirmək – Azərbaycanı aşama-aşama yox etmək gedişləridir. Bu proses bütün dünya güclərinin gözü qarşısında baş verir, ancaq hər kəs bu gedişə göz yumur. Batı üçün də Azərbaycanın parçalanması deyə bir rahatsızlıq olmayıb. 90-cı illərdə Batı üçün önəmli olan SSRİ-nin parçalanması idi. İndi də onun qayğısı Rusiyanın güclənib genişlənməsinin qarşısını almaqdır. Ancaq bu qayğıda Azərbaycanın güclənib Rusiyaya dirəniş göstərməsi üçün heç bir niyyət yoxdur. Elə ona görə də ATƏT-in Minsk Qrupu deyilən beynəlxalq bir qurumun 23 ildir çalışması başqatmaqdan başqa bir şey deyil. Azərbaycanın öz iradəsiylə çözülməli bir məsələnin illərdir qarşısı alınır. Bu qurum olmasa durum bir anda dəyişilə bilər. Budur, Rusiyanın istəyi ilə atəşkəsi pozan erməni ordumuzun geriyəhücumu qarşısında miskin duruma düşdü. Xalqımızın illərdir zorla susdurulmuş qeyrəti ayağa durub vətənimizin azadlığını istədi. Bir anda dünyanın hər yerindən soydaşlarımız ayağa durub vətən sevgilərini ifadə elədilər. İndi də insanlarımız, haqlı olaraq, öz dövlətindən qeyrət və iradə ortaya qoymaq tələb edir. Ancaq hardadır bu iradə?! Adam indiki durumda çox şeyi demək istəmir. Ancaq eyni halda, bəzi məqamların deyilməsi gərəkdir. Əslində xalqımızın bu gün öz hakimiyyətindən savaşı davam etdirməyi tələb eləməsi, 90-cı illərdə Bişkekdə bağlanan atəşkəs bağlaşmasını da, indi Moskvada bağlanan atəşkəs bağlaşmasını da ifşa eləməkdir. O çağlardakı atəşkəs bağlaşması 23 il xalqın qeyrətini susmağa zorladı, erməni yurdumuzda oturuşub sərvətlərimizi mənimsədi, insanlarımız isə işsizlik ucbatından Rusiyaya və başqa ölkələrə səpələndi. Вернуться назад |