Главная > Dünya > "Ruslarla döyüşmək üçün yerin altına girəcəyik"

"Ruslarla döyüşmək üçün yerin altına girəcəyik"


12-04-2016, 19:22.

Suriyanın Hələb, Çobanbəyi və başqa şəhərlərində müxaliflər gözəl işlər görməyə davam edir. Qarış-qarış irəliləyib, qəsəbələrimizi azad edəcəyik.

 

Axar.az xəbər verir ki, bu sözləri türkmanların komandanı Ömər Abdullah deyib.

 

O, son günlər Bayırbucaq türkmanlarının bölgədə ciddi mübarizə apardığını bildirib:

 

"Cəbhə xətti müntəzəm olaraq bombalanır. Qurudan, havadan və dənizdən mövqelərimizi hədəf alırlar. Rusiya təyyarələri onsuz da getməyib. Ruslar Türkman dağı və Cəbəl Əkrad bölgələrinə yenidən hücum təşkil etdilər. Son 10 gündə qəsəbələrimizdə nəinki ev, heç bir ağac belə salamat qalmadı. Torpaqlarımızı düşmənə verməmək üçün vuruşuruq. İran, Hizbullah, Əsəd qüvvələri, Rusiya ordusu ilə mübarizə aparmaq üçün hətta yerin altındakı sığınacaqlarda belə yaşamağa hazırıq”.


Вернуться назад