Главная > Siyasət > İdman Akademiyasında Əli Kərimli səfərbərliyi

İdman Akademiyasında Əli Kərimli səfərbərliyi


12-04-2016, 18:33.

idman akademiyasi

AXCP liderinin evinin qarşısına bu gün gətirilənlər İdman Akademiyasının tələbələridir

Bir neçə gündür hökumətin muzdlu dəstələri növbəli şəkildə AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirir.

Bu gün "Azadlıq”ın redaksiyası ilə əlaqə saxlayan bir neçə tələbə İdman Akademiyasında belə bir aksiyanın neçə təşkil olunmasından danışıb.

Belə ki, bu gün səhər İdman Akademiyasının bütün fakültələrində tələbələr dekanlığa çağırılıb və onlara AXCP sədrinin evinin qarşısına getmək tapşırılıb. Akademiyanın Gənclər təşkilatında da tələbələrə eyni təklif edilib. Lakin tələbələrin əksəriyyəti bundan imtina edib. Razılıq verənlərin çoxu isə aksiyaya gedərkən yolda dağılışıb. Dekanlar tapşırığı yerinə yetirməkdən imtina edən tələbələri töhmətlə hədələyib və imtahan sessiyası vaxtı onların vəziyyətinin yaxşı olmayacağını deyiblər.(azadliq.info)


Вернуться назад