Главная > Siyasət > Ermənilərə İsraildən böyük zərbə

Ermənilərə İsraildən böyük zərbə


12-04-2016, 10:16.
Ermənilərə İsraildən böyük zərbə
Azərbaycan ümumi qəbul edilmiş normalar çərçivəsində özünü olduqca məsuliyyətli aparır və buna görə də xəritəyə baxan, regionun tarixini bilən hər kəs Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin nə qədər tam haqlı olduğunu, tarixin, coğrafiyanın və demoqrafiyanın müvafiq faktlarına uyğun olduğunu başa düşür.

Uluyol.info xəbər verir ki, bunu Trend-ə İsrailin keçmiş Baş naziri, "Bizim ev-İsrail" partiyasının lideri Aviqdor liberman deyib.

A.Liberman bildirib: "Çox ümid edirəm ki, ilk növbədə beynəlxalq ictimaiyyət, indiki halda ATƏT-in Minsk qrupunun bütün iştirakçıları obyektiv olacaqlar və hansısa dar, birtərəfli və siyasi mənfəətlərdən deyil, faktlardan çıxış edəcəklər".

Keçmiş Baş nazir əlavə edib: "Biz şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, amma təəssüf ki, digərləri özünü belə aparmır".
Вернуться назад