Главная > Cəmiyyət > Kürdəmir növbəti şəhidini torpağa tapşırdı...

Kürdəmir növbəti şəhidini torpağa tapşırdı...


11-04-2016, 15:29.
Kürdəmir növbəti şəhidini torpağa tapşırdı...
Aprelin 2-də cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan Qurbanov Tural Gurşad oğlu
bu gün doğulduğu Kürdəmir şəhərinin Sığırlı kəndində dəfn olunub. Dəfn mərasimində
rayon rəhbərliyi və şəhidin hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər. 

Bu barədə müsavat.com-a hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib:
"Tural kasıb ailədə doğulmuşdu. 6 il idi ki, vətənə xidmət edirdi. Kəşfiyyatçı idi.
Aprelin 2-də gedən döyüşlərdə şəhid oldu. Ondan bizə 1 və 3 yaşında
iki qız balası yadigar qaldı”.
Allah rəhmət eləsin! 




 










Вернуться назад