Главная > Problem > “Bu halda Qarabağda müharibə qaçılmazdır” – Moskvada brifinq

“Bu halda Qarabağda müharibə qaçılmazdır” – Moskvada brifinq


9-04-2016, 14:09.

Dağlıq Qarabağda barışıq və sülhün bərqərar olmasını həm Azərbaycan, həm də Ermənistan əhalisi istəyir.

 

Axar.az Vestnik Kavkaza-ya istinadən xəbər verir ki, bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev deyib.

 

O vurğulayıb ki, söhbət təkcə Dağlıq Qarabağdan deyil, həmçinin hələ də Ermənistanın işğalı altında olan 7 rayondan gedir:

 

"Əgər Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisindədirsə, onda bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar qoşunların sözügedən ərazidən çıxarılması tələbi ilə Prezident İlham Əliyevə müraciət etməlidir. Yox əgər Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisində yerləşirsə, o zaman bu tələb Ermənistana edilməlidir.

 

Başqa dövlətin qoşunları Rusiya ərazisində olarsa, rus hakimiyyəti və Rusiya xalqı nə etməlidir? Əvvəlcə, bu məsələni dinc yolla həll etməyə çalışmaq lazımdır. Lakin sülh yolu ilə həlli yoxdursa, onda xalq ayağa qalxır və məsələ hərbi yolla həll olunur. Bunu hamımız Böyük Vətən Müharibəsindən bu günə qədər görmüşük”.

 

Ekspertin sözlərinə görə, Qarabağ probleminin nizamlanması üçün Ermənistan ordusu Azərbaycan ərazisindən çıxmalıdır:

 

"Bu məsələ həll olunduqdan sonra biz sülh və dövlətlər arasında əməkdaşlıqdan danışa bilərik. Yox, əgər həll olunmasa, biz, təəssüf ki, nə Azərbaycan, nə də erməni xalqına lazım olmayan müharibədən danışmağa məcbur olacağıq”.

 


Вернуться назад