Главная > Kriminal > Qazaxda rayon sakini minaya düşüb

Qazaxda rayon sakini minaya düşüb


10-04-2016, 00:43.
Qazaxda rayon sakini minaya düşüb
Qazaxda 25 yaşlı oğlan minaya düşüb. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb. 

O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və onun sol ayağı amputasiya olunub. 

Вернуться назад