Главная > Mövqe > Beyləqanda şəhidimiz son mənzilə yola salındı-FOTOLAR

Beyləqanda şəhidimiz son mənzilə yola salındı-FOTOLAR


10-04-2016, 00:25.

sehidim-menim-beyleqan

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısın alarkən Milli Ordunun giziri Cavadov Şahin Yaşar oğlu qəhrəmancasına həlak olmuşdur.

Uluyol.info xəbər verir ki,bu gün səhər saatlarında şəhidimizin cənazəsi doğulduğu Beyləqan rayonuna gətirilib.Gizir Şahin Cavadovla vida mərasimində rayon rəhbərliyi,idarə-təşkilatlar,şəhidin komandirləri,rayon sakinləri ,eləcədə qonşu rayonlardan gələn insan izdihamı ilə uğrunda həlak olduğu torpağa tapşırılıb.

Gizir Şahin Cavadovun döyüş dostları şəhidimiz haqqında geniş danışmışlar.Şəhidimizin nizam-intizamlı,Vətənə,insana,insanlığa bağlı biri kimi,eləcədə döyüş tapşırığın layiqincə yerinə yetirən oğullarımızdan olduğu bir daha vurğulanıb.

 

Ulu Yol gənclər təşkilatı,uluyol.info xəbər portalı olaraq bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir,səbr diləyirik.Allah rəhmət eləsin...


 


menim qarabag-12
sehid000
igid-1
sehidim-bey-11
bizim sehid-12


Вернуться назад