Главная > Müsahibə > Neftçalada şəhidimiz izdihamla son mənzilə yola salındı-FOTOLAR

Neftçalada şəhidimiz izdihamla son mənzilə yola salındı-FOTOLAR


9-04-2016, 22:34.

136418_src

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrin təxribatının qarşısın alarkən Milli Ordunun mayoru İmanov Samit Gülağa oğlu qəhrəmancasına həlak olub.

Uluyol.info xəbər verir ki,mayor İmanov Samit Gülağa oğlunun nəşi dünən gecə rayonun məscidinə gətirilib.Bu gün doğulduğu Həsənabad qəsəbəsinə evlərinə aparılıb.Şəhidin həyətində izdiham müşahidə olunub.Qonşu rayonlardan gələn maşın karvanları, yol boyu bayraqlarla gələn insan izdihamı "Şəhidlər ölməz,Vətən bölünməz",Qarabağ bizimdir,bizim olacaq" şüarları ilə şəhidi son mənzilə rayonun Şəhidlər Xiyabanına aparıblar.

Şəhidlər Xiyabanında Müdafiə Nazirliyinin təşkil etdiyi hərbi orkestr Azərbaycan dövlət himnini səsləndirmiş,şəhidin şərəfinə yaylım atəşi açılmışdır.Şəhidin dəfnində Müdafiə Nazirliyinin işçiləri,ziyalılar,Müsavat partiyası Neftçala rayon şöbəsinin üzvləri,rayon sakinləri və eləcədə digər rayonlardan gələn insanlar iştirak etmişdir.

Mayor İmanov Samitin döyüş yoldaşları şəhidimizin keçdiyi şərəfli xidmətindən geniş danışmışlar.Kollektivdə,komandiri olduğu şəxsi heyətlə davranışı xüsusilə təqdirə layiq olan İmanov sonda döyüş tapşırığın həyata keçirərkən həlak olmuşdur.Məhz Samitin rəhbərliyi ilə 23 ildən sonra dədə-baba torpaqlarımıza getmək imkanımız yarandı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 


  


Şəhidimiz mayor İmanov Samit Gülağa oğlu  1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Ali ümumqoşun Komandirləri məktəbini bitirmişdi.Ailəli idi,iki az yaşlı övladı əmanət qaldı.

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Ulu Yol Gənclər Təşkilatı,uluyol.info xəbər portalı torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş bütün qardaşlarımızı dərin hüznlə anır,ailələrinə səbr diləyirik.Allah rəhmət eləsin...

 


Вернуться назад