Главная > İdman > Arda Turan Azərbaycana belə dəstək oldu - FOTO

Arda Turan Azərbaycana belə dəstək oldu - FOTO


8-04-2016, 20:27.
Arda Turan Azərbaycana belə dəstək oldu - FOTO
Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turan da Azərbaycana dəstək olub. 

Qaynar.info xəbər verir ki, "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinə yarımmüdafiəçi də qoşulub. 

"Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başlatdığı kampaniyanı mən də imzaladım" deyə, futbolçunun rəsmi "tvitter" səhifəsində qeyd olunub.

Qeyd edək ki, Barak Obama administrasiyasın internet resursunda Azərbaycan tərəfi petisiya ilə müraciət açıb. 

Müraciətdə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. 

Qaydalara əsasən, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.

Onu da bildirək ki, Türkiyənin "Fənərbaxça" klubu da sözügedən kampaniyaya qoşulduğunu rəsmən elan edib.


Вернуться назад