Главная > Ölkə > Ordumuzun əsgərləri Cəbrayılın girişində- FOTOLAR

Ordumuzun əsgərləri Cəbrayılın girişində- FOTOLAR


8-04-2016, 23:54.
Facebookda yayılmış fotolarda rayonun işğal altından azad edildiyi təəssüratı yaranır 

Az öncə Facebookda Azərbaycan Ordusunun əsgərlərinin Cəbrayıl rayonunun girişində fotoları yayılıb. JAM.AZ xəbər verir ki, Laçın rayon sakini Nicat Nağdalı tərəfindən yayılmış fotolarda üzərində Cəbrayıl sözü yazılmış, lakin xeyli köhnə dirək əks olunub. Həmin dirəyin üzərində isə Azərbaycan bayrağı dalğalanır. 

Həmin fotolardan belə başa düşülür ki, Azərbaycan Ordusu artıq rayonun girişindədir. Üstəlik, düşmən ərazidən xeyli uzaqdadır. Bunu da təsdiq edən fakt odur ki, əsgərlərimiz ərazidə daha sərbəst hərəkət edirlər və xeyli rahatdırlar. 

JAM.AZ xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun düşmən işğalından azad edildiyi barədə hər hansı bir məlumat verməyib. 

Məlumatı dəqiqləşdirməyə çalışırıq. 



Вернуться назад