Главная > Dünya > Riqada azərbaycanlı tələbələr orduya dəstək aksiyası keçiriblər - FOTOLAR

Riqada azərbaycanlı tələbələr orduya dəstək aksiyası keçiriblər - FOTOLAR


7-04-2016, 21:46.
Riqada azərbaycanlı tələbələr orduya dəstək aksiyası keçiriblər - FOTOLAR
Latviyanın paytaxtı Riqada azərbaycanlı tələbələr orduya dəstək məqsədi ilə aksiya
keçiriblər.
 
Məlumatına görə, dəstək aksiyasında Gürcüstandan olan tələbələr də
həmvətənlilərimizə qoşulublar.
 
Musavat.com-a danışan tələbələrdən biri Azərbaycanın Riqadakı
səfirliyinin bəzi tələbələri dəstək aksiyasından yayındırdığını deyib:
 "Piketi Riqada "Azadlıq” heykəlinin önündə keçirdik. Lakin iki gün öncə
aksiya keçirəcəyimiz günə kimi səfirlik əməkdaşları bizə qoşulmaq istəyən
tələbələrə bir-bir zəng edərək, aksiyaya qoşulduqları halda deportasiya
olunacaqlarını və onlara böyük problemlər yaranacağını deyiblər.
Gənclərimizin çoxu qorxaraq, bizimlə birgə gəlmədilər, sayımız azaldı.
Məqsədlərini anlamadıq, lakin bizə zəng edib, hədə-qorxu gəldilər”.
 

 




Вернуться назад