Главная > Cəmiyyət > Ankarada da gənclər Qarabağ üçün ayağa qalxdı -FOTOLAR

Ankarada da gənclər Qarabağ üçün ayağa qalxdı -FOTOLAR


7-04-2016, 20:19.
Ankarada da gənclər Qarabağ üçün ayağa qalxdı (FOTO)
Türkiyənin paytaxtı Ankarada Qarabağa dəstək askiyası keçirilib.
 
Bu haqda məlumatı BAKU.WS-ə Ankarada təhsil alan azərbaycanlı tələbə Məmmədkamal Paşabəyli verib. O bildirib ki, bir qrup gənc Türkiyədəki Azərbaycan səfirliyinin önünə toplaşıb.
 
Aksiya Qarabağda gedən son döyüşlərlə bağlı olub. Aksiya iştirakçıları erməni silahlı qüvvələrinin tez bir zamanda Qarabağı tərk etmələrini tələb ediblər. 
 
Aksiyaya Azərbaycan və Türkiyə bayraqları ilə qatılan gənclər müxtəlif vətənpərvər şüarlar səsləndirib, plakatlar hazırlayıblar. 
 
Qeyd edək ki, Qarabağa dəstək məqsədilə müxtəlif ölkələrdə aksiyalar keçirilib. Həmçinin ölkə daxilində müxtəlif şəhər və rayonlarımızda vətəndaşlar aksiyaya keçirərək Qarabağın işğaldan azad olunmasını tələb ediblər. 








Вернуться назад