Главная > GÜNDƏM > Akif Çovdarov ev dustağı edildi

Akif Çovdarov ev dustağı edildi


12-11-2015, 00:37.
 
Sabiq MTN generalına 4 maddə üzrə cinayət işi qaldırılacağı gözlənilir, onu ömürlük həbs də gözləyə bilər 

Bir neçə gün əvvəl işdən çıxarılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov ev dustağı edilib. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub. 

Həmin məlumata görə, Çovdarov işdən çıxarıldlqdan sonra evinə aparılıb və oradan kənara çıxması qadağan edilib. Bundan əlavə, onun evinin önündə post qurulub. 

JAM.AZ-a məlumat verən mənbə onu da bildirib ki, sabi MTN generalına həmçinin ölkədən çıxmaq yasağı da tətbiq edilib. Belə ki, Dövlət Sərhədd Xidməti onun ölkədən çıxışına STOP qoyub. 

Mənbənin iddiasına görə, Akif Çovdarova qarşı Baş Prokurorluqda artıq cinayət işi açılıb. Amma rəsmi olaraq elan edilməyib. Onun sözlərinə görə, sabiq baş idarə rəisinə 4 maddə üzrə ittiham irəli sürüləcəyi gözlənilir. Onların arasında Çovdarovu ömürlük həbsə yola sala biləcək maddənin də olduğu deyilir. (jam.az)
Вернуться назад