Главная > Problem > " Xeberman.com" internet saytı xaker hücumuna məruz qalıb

" Xeberman.com" internet saytı xaker hücumuna məruz qalıb


7-04-2016, 20:27.
" Xeberman.com" internet saytı xaker hücumuna məruz qalıb Bu gün axşam saatlarından Xeberman.com internet saytı xaker hücumuna məruz qalıb.
 
Sayt rəhbəri Polad Aslanovun verdiyi məlumata görə, Xeberman.com internet saytının fəaliyyət tarixində bir neçə dəfə olaraq ciddi xaker hücumuna məruz qalıb.

"Bu arzu olunmayan bir hadisədir. Çünki adi günlərdən fərqli olaraq, bu ərəfədə bizim sayt daha da aktiv olmalıdır. Saytımızda aktiv olaraq məlumatlar yenilənməli idi. Çünki son günlər Qarbağ döyüşləri ilə bağlı ayrıca bölüm saytda fəaliyyət göstərirdi və döyüşlərlə bağlı proseslər gündəlik saytda işıqlandırılırdı.
Bu Xeberman.com saytının fəaliyyətini gözü götürməyənlərin işidir ki, bizim işimizə kölgə salmaq istəyirlər. Hazırda müvafiq yerlərlə əlaqə saxlanılıb. Məsələ mütəxəssislər tərəfindən araşdırılır. Qısa müddət ərzində saytın fəaliyyətinin bərpasına çalışılır”, - dəyə Polad Aslanov bildirib.

Вернуться назад