Главная > Siyasət > ABŞ Qarabağla bağlı Rusiya ilə məsləhətləşmələr aparır

ABŞ Qarabağla bağlı Rusiya ilə məsləhətləşmələr aparır


5-04-2016, 23:26.

ABŞ Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə qayıtmağa çağırıb.

Virtualaz.org RİA Novosti-yə istinadın bidirir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.

"Biz tərəflərin atəşin dayandırılmasına dair razılığa gəlməsini alqışlayırıq”, - deyə Tonert bildirib.

"Hər iki hökumət ATƏT çərçivəsində Minsk prosesinə qayıtmalı və danışıqlar masası arxasına oturmalıdır”, - deyə o qeyd edib.

Toner jurnalistlərin ABŞ dövlət katibi Con Kerrinin Rusiya XİN rəhbəri Sergey Lavrovla bu yaxınlardakı danışığı zamanı Moskvanın proses iştirakçılarına təsir etməsi ilə bağlı çağırış edib-etməməsinə dair suallarına cavabında bildirib: "Rusiya Minsk Qrupunun üzvüdür, biz onunla daim məsləhətləşmələr aparırıq və ümumiyyətlə, danışıqların bütün iştirakçılarını vəziyyətə təsir etməyə çağırırıq”.


Вернуться назад