Главная > Problem > Jurnalistlər atəşə tutulub

Jurnalistlər atəşə tutulub


5-04-2016, 21:45.

artileriya-cebhe

Aprelin 5-də səhər saatlarında Tərtər rayonunun Qapanlı kəndində çəkiliş aparan jurnalist qrupu atəşə tutulub.

Xəbərdə çəkiliş aparan jurnalistlərin avtomobilinin Ermənistan Silahlı Qüvvələri tərəfindən top atəşinə tutulduğu bildirilir. Əraziyə atəş açıldığından media nümayəndələri kəndi tərk etməyə məcbur qalıblar.

Kənddən çıxarkən jurnalistlərin olduğu iki maşından biri açıq ərazidə hədəfə alınıb, ancaq top mərmisi kənara düşüb.

Avtomobildə AZƏRTAC və Associated Press agentliyinin əməkdaşlarının olduğu bildirilir. (AZƏRTAC)

Вернуться назад