Главная > Kriminal > Ermənilər Əsgəran və Xankəndini tərk edir - KÜTLƏVİ QARŞIDURMA (VİDEO)

Ermənilər Əsgəran və Xankəndini tərk edir - KÜTLƏVİ QARŞIDURMA (VİDEO)


5-04-2016, 12:45.
Əsgəran rayonunda yaşayan ermənilərlə polis qüvvələri arasında toqquşma
baş verib, mülki şəxslər arasında xeyli sayda yaralıların olduğu bildirilir.
 
Lent.az-ın məlumatına görə, bu barədə məlumatı işğal olunmuş Azərbaycan
ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıb.
 
Məlumatlarda bildirilir ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə
yollarla Xankəndinə getmək istəyiblər. Hüquq-mühafizə orqanları isə əhalini
rayondan çıxmağa qoymayıb. Nəticədə polislərlə sakinlər arasında şiddətli
toqquşma baş verib.
 
O da bildirilir ki, hazırda Xankəndinin giriş-çıxışında da postlar qurulub və
camaata rayonu tərk etməyə icazə verilmir.

Вернуться назад