Главная > Ölkə > Müsavat ordumuzun hərbi əməliyyatlarını təqdir edir

Müsavat ordumuzun hərbi əməliyyatlarını təqdir edir


4-04-2016, 20:09.


Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "Basta”ya verilən məlumatda bildirilir ki, Divanın toplantısı cəbhədə həlak olan şəhidlərimizin xatirəsinin sayğı duruşu ilə yad edilməsi ilə başlayıb.

Qərarların icrası və görülən işlərin müzakirələri zamanı İcra Aparatının rəhbəri Gülağa Aslanlı 31 mart soyqırım günü ilə bağlı Müsavat Partiyası tərəfindən Bakıdakı türk şəhidliyinin və Qubadakı soyqırım məzarlığının ziyarət etməsi barədə məlumat verib.

Aprelin 2-də keçirilən Məclis iclası haqqında Məclisin sədri Nüşabə Sadıxlı məlumat verib. Məclisdə səslənən təklif və iradlarının partiyanın cari fəaliyyətində nəzərə alınması qeyd edilib.

Başqan müavini Səxavət Soltanlı Tbilisdə keçirilən gənc siyasətçilərin IV beynəlxalq forumu haqqında məlumat verib. "Qafqazda və Ukraynada  demokratiyanın inkişafı” mövzusunda keçirilən forumda Böyük Britaniyanın xarici işlər nazirinin, Gürcüstanın parlament sədrinin, Niderlandın keçmiş təhsil və müdafiə nazirinin məruzələri ətrafında müzakirələrin aparıldığını qeyd edib. Forumun bağlanışında regionda demokratiyanın vacibliyi mövzusunda S.Soltanlının, digər mövzularda Müsavatçı Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Nigar Yaqublunun çıxışları, S.Soltanlının Böyük Britaniya krallığının xarici işlər nazirinin məruzəsinə verdiyi şərh Divan tərəfindən qənaətbəxş qiymətləndirilib.

Divanda son günlər cəbhə bölgəsində intensivləşən döyüş əməliyyatları haqqında fikir mübadiləsi aparılıb. Müsavat Partiyasının Divanı ərazi bütövlüyümüzün bərpasına yönəlik hərbi əməliyyatları təqdir etdiyini bəyan edib.

Ordumuzun keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüquq normalarına uyğunluğu, hərbçilərimizin uğurlarının qürur və məmnunluq hissi doğurduğu vurğulanıb.

Hərbi hospitallar tərəfindən qan ehtiyatları ilə əlaqədar müraciətlərin ediləcəyi təqdirdə, Müsavat üzvlərinin kütləvi olaraq qan verməyə hazır olduğu bildirilib.


Вернуться назад