Главная > Mənəviyyat > Daha bir şəhid əsgərimiz Biləsuvarda dəfn olunub

Daha bir şəhid əsgərimiz Biləsuvarda dəfn olunub


4-04-2016, 18:53.

Aprelin 3-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Fərahim Nadir oğlu Novruzov bu gün doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn olunub.

 

APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

 

 

 

 


Вернуться назад