Главная > GÜNDƏM > “Azadlıq-2015” siyasi partiyalar bloku buraxıldı

“Azadlıq-2015” siyasi partiyalar bloku buraxıldı


11-11-2015, 21:29.
 
Bu gün "Azadlıq- 2015” siyasi partiyalar  seçki  bloku səlahiyyətli nümayəndələrinin və bloka daxil olan siyasi partiya sədrlərinin iclası keçirilib. 

Səlahiyyətli nümayəndələrin  iclası qanunvericiliyə müvafiq olaraq "Azadlıq – 2015” siyasi partiyalar seçki blokunun fəaliyyətinə xitam verib.  

"Azadlıq – 2015” seçki blokuna daxil olan siyasi partiya sədrlərinin toplantısında siyasi partiyaların yetkili orqanlarında başqa qərar qəbul edilənə qədər KXCP, BAP, VİP, Azadlıq, Aydınlar, ALDP və AXP- nin eyni adlı siyasi partiyalar bloku şəklində əməkdaşlıqlarını davam etdirmək haqqında razılığa gəliblər.(musavat.com)
 

Вернуться назад