Главная > Aktual > Müsavat rəhbərliyi şəhidimizin dəfn mərasiminə qatıldı (FOTO/VİDEO)

Müsavat rəhbərliyi şəhidimizin dəfn mərasiminə qatıldı (FOTO/VİDEO)


4-04-2016, 15:22.

Müsavat rəhbərliyi şəhidimizin dəfn mərasiminə qatıldı (FOTO/VİDEO)Bu gün Xızı rayonunun Giləzi kəndində döyüş bölgəsində qəhrəmancasına şəhid olmuş milli ordumuzun əsgəri Ravil Novruzovun dəfn mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, hərbi qulluqçular və yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı, Müsavat Partiyasının rəhbərliyi də iştirak edib.

Müsavatdan "Basta”ya daxil olan məlumata görə, dəfn mərasiminə qatılanların arasında partiyanın başqanı Arif Hacılı, Divan üzvləri Gülaga Aslanlı, Osman Kazıımlı, İkram İsrafil, Razim Əmiraslanlı, şöbə midiri Kərimxan Zeynalov, Məclis üzvü Şahin Orucov və digər partiya fəalları olub.

Arif Hacılı şəhidin doğmalarına başsağlığı verib, vətən üçün igid oğul yetişdirdikləri üçün onlara təşəkkürünü bildirib. Müsavat başqını şəhidlərin qanının yerdə qalmayacağına, torpaqlarımızın nəhayət azad ediləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Ravil Novruzov aprelin 2-də cəbhə bölgəsindən iki kəndin və bir neçə yüksəkliyin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin.

Video Player
 
00:00
00:31
 


Вернуться назад