Главная > Aktual > Neftçalada Şəhidimiz izdihamla yola salındı-VİDEO-FOTOLAR

Neftçalada Şəhidimiz izdihamla yola salındı-VİDEO-FOTOLAR


4-04-2016, 14:12.
12919252_1088176597942718_164016668_n.png
Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin 
təxribatının qarşısını alarkən Milli Ordunun giziri Səfərov Elimdar
 Səlimxan oğlu  qəhrəmancasına həlak olub.

 

Uluyol.info-nun Neftçala rayonuna ezam olunan əməkdaşı bildirir ki, şəhidimizin

 nəşi gecə 01:30 radələrində doğulduğu kəndə gətirilib.Bu gün səhər

saatlarında Aşağı Qaramanlı məscidində dinimizin buyurduğu qaydada

yuyulub,insan izdihamı ilə evlərinə aparılıb.Kənd sakinlərindən əlavə qonşu kənd

və rayonlardan insan izdihamı  müşahidə edilib.

 

Xatırladaq ki,Səfərov Elimdar Səlimxan oğlu 1992-ci ildə Neftçala rayonu Aşağı 

Qaramanlı kəndində anadan olmuşdur.1998-ci ildə Sakit Kərimov adına Qədimkənd

 kənd orta məktəbində birinci sinifə daxil olub.Hərbi xidməti başa vurduqdan

sonra Milli Ordunun sıralarına qatılmışdır.Xüsusi təyinatlı bölükdə həmişə fərqlənmiş,

tapşırıqları vaxtında ,lazımı qaydada həyata keçirmişdir.Kənd dindarlarının bildirdiyinə

 görə şəhidimiz uzun illər imiş ki,İslamın vacib əməllərin yerinə yetirirmiş.İnaclı 

gənclərimizdən imiş.24 yaşı gizir Səfərov Elimdar Aşağı Qaramanlı qəbiristanlığında 

uğrunda həlak olduğu torpağa tapşırılıb.

 

Uluyol.info və Ulu Yol gənclər təşkilatı adından Şəhidin ailəsinə səbr diləyirik.

 

Elimdar şəhadətin mübarək.Ruhun şad olsun...

 

Neftçalada Şəhidimiz izdihamla yola salındı-VİDEO-FOTOLAR
 
 


ULUYOL.İNFO

 


Вернуться назад