Главная > Dünya > Kabulda minlərlə əfqan nümayiş keçirir

Kabulda minlərlə əfqan nümayiş keçirir


11-11-2015, 21:20.
 

 

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin Kabulda etirazları dağıtmaq üçün açıq havaya atdıqları güllələr yeddi nəfəri yaralayıb, rəsmilər deyir.

Polis etirazçıları prezident sarayının ətrafından uzaqlaşdırmaq istəyib.

Minlərlə əfqan şiə müsəlman Hazara etnik qrupundan 7 şəxsin oğurlanıb öldürülməsinə etiraz edir.

Hadisəni kimin törətdiyi məlum deyil.

Meyitlər Talibanla döyüşlərin getdiyi Zabul vilayətində aşkarlanıb. Qurbanların bəzilərinin boğazı kəsilib.

Nümayişçilər ölənlərin tabutunu yağışın altında Kabul küçələrində gəzdiriblər.

Image copyrightReuters

"Bu gün onlar bizi öldürüb, sabah sizi öldürəcək", bəziləri şüarlar səsləndirib.

Bəziləri isə "Talibana ölüm" deyə şüarlar qışqırıb.

Öldürülənlərdən dördü kişi, ikisi qadın və biri 9 yaşlı qızdır.

Bu hadisənin bütün Əfqanıstanı hədəflədiyini deyən rəsmilər bildirib ki, qurbanlar ötən il oğurlanıb.

Hökümət özəl Ariana Xəbər televiziyasının nümayişlərdən canlı yayımına qadağa qoyub.(BBC)



Вернуться назад