Главная > Ölkə > Məhkəmə icra başçısının tapşırığı ilə baş redaktora hökm oxudu

Məhkəmə icra başçısının tapşırığı ilə baş redaktora hökm oxudu


17-10-2015, 16:07.
Onun sözlərinə görə, məhkəmə Masallı İcra Hakimiyyətinin təsirində olduğundan məhz Rafil Hüseynovun xeyrinə qərar çıxarıb. Beləliklə, məhkəmə əməkhaqının 15 faizi tutulmaqla baş redakturun 1 il islah işlərinə cəlb olunması ilə bağlı qərar qəbul edib.

 

Fikrət Fərəməzoğlu bildirib ki, Masallının icra başçısı dövlətin siyasətinə qarşı çıxdığını bir daha ortaya qoyub: "Azərbaycan praktikasında bu ilk haldır ki, jurnalist 147-ci maddə ilə islah işlərinə cəlb olunur. Dəfələrlə prezident İlham Əliyev və köməkçisi Əli Həsənov bildiriblər ki, Azərbaycanda heç vaxt jurnalistlər 147-ci maddə ilə məsuliyyətə cəlb olunmayıb və bundan sonra da olunmayacaqlar. Amma Rafil Hüseynov sübut elədi ki, o, kimin nə deməsindən asılı olmayaraq, qərar qəbul edəbilmək səlahiyyətinə malikdir. Bu, onun dövlətin siyasətinə qarşı olduğunu bir daha təsdiqlədi”.

Bizimxeber.az


Вернуться назад