Главная > Dünya > Ərdoğan Azərbaycan mediasını örnək göstərdi - VİDEO

Ərdoğan Azərbaycan mediasını örnək göstərdi - VİDEO


2-04-2016, 22:35.
Ərdoğan Azərbaycan mediasını örnək göstərdi
Dağlıq Qarabağda yaşanan gərginlik dünya gündəminin ən əsas mövzularından birinə çevrilib

Uluyol.info xəbər verir ki, azxeber.com-un məlumatına görə, ABŞ-da rəsmi səfərdə olan və burada məscidin açılışında iştirak edən Türkiyə prezidenti Recep Tayyib Erdoğan cəbhədə baş verən hadisələrdən danışıb: "Az öncə mənə məlumat verildi ki, Azərbaycan - Ermənistan arasında cəbhədə gərgin anlar yaşanır, hər iki tərəf xeyli itki verib"

Erdoğan ona bu haqda sual verən azərbaycanlı jurnalistdən də danışıb: "Bu məsələylə bağlı az öncə bir azərbaycanlı jurnalist mənim qarşımı kəsdi və sual verdi. Mən onun gözlərindəki kədəri, gözyaşını gördüm. Görəsən, bizim media da nə vaxtsa belə olacaqmi?

Prezidentin bu sözləri alqışlarla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:


Вернуться назад