Главная > Siyasət > Müsavatın Məclisində cəbhə bölgəsindəki gərginliyə münasibət bildirildi

Müsavatın Məclisində cəbhə bölgəsindəki gərginliyə münasibət bildirildi


2-04-2016, 21:23.

Müsavatın Məclisində cəbhə bölgəsindəki gərginliyə münasibət bildirildiBu gün Müsavat Partiyasının Məclisinin növbəti sessiyası keçirilib. Sessiyanın gündəliyinə ölkədəki ictimai siyasi vəziyyət, təşkilatı məsələlər, Məclisin komissiyalarının hesabatı və cari məsələr daxil edilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçən toplantıda əvvəlcə təşkilatı məsələlərə baxılıb. Müsavatın Füzuli və Qobustan rayon təşkilatlarında keçirilən  konfransların nəticələri təsdiqlənib. Qədim Soltan və Əlibaba Səfərovun Məclis üzvü səlahiyyətləri təsdiq edilib.

Daha sonra Müsavat Başqanı Arif  Hacılı ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə edib. Məruzə ətrafında İsa Qəmbər, Tofiq Yaqublu, Gülağa Aslanlı, Yadigar Sadıqov, Osman Kazımov, Elman Fəttah, Alya Yaqublu, Şakir Abbasov, Valeh Hümmətoğlu, Akif Bədirli, Rəşid Vəliyev və digərləri çıxış ediblər.

Həmçinin Təhsil komissiyasının sədri Dilşad Nağıyeva və Gender komissiyasının sədri Könül Alının hesabatları dinlənilib.

Arif Hacılı Məclisdəki müzakirələrə yekun vurmaqla yanaşı, cəbhə bölgəsindən gələn xəbərlərə diqqəti çəkdi. Müsavat başqanı bildirdi ki, bu durumda cəmiyyəti, xüsusən cəbhə bölgəsindəki əhalini operativ məlumatlandırmaq və insanalara nə etməli olduqlarını demək hakimiyyətin borcudur.

 

jgkgk12910239_1658918974372182_1916277098_n

 


Вернуться назад