Главная > Kriminal > Gülənçilərə qarşı genişmiqyaslı əməliyyat - 26 nəfər həbs olundu

Gülənçilərə qarşı genişmiqyaslı əməliyyat - 26 nəfər həbs olundu


11-11-2015, 01:11.

Gülənçilərə qarşı genişmiqyaslı əməliyyat - 26 nəfər həbs olundu

 

Türkiyənin Manisa vilayətində "paralel dövlət” üzvlərinə qarşı həyata keçirilən əməliyyat zamanı 26 nəfərin həbs olunduğu bildirilir.

Avropa.info xəbər verir ki, Manisa prokurorluğunun apardığı istintaq çərçivəsində polis vilayət daxilində əvvəlki axtarışlar zamanı əldə olunan məlumat və sənədləri araşdıraraq əməliyyat başladıb. Vilayətin müxtəlif bölgələrində eyni anda başladılan əməliyyatlar zamanı əvvəlcədən müəyyən olunan ünvanlarda axtarış aparılıb.

Dövlət məmurlarının da aralarında olduğu müxtəlif peşə sahibi olan 35 nəfər şübhəli şəxs haqqında "terror təşkilatı qurmaq, idarə etmək, üzv olmaq, maddi yardım etmək, konstitusiya nizamı dəyişdirmək" ittihamı ilə çıxarılan həbs qərarı çərçivəsində həmin 35 nəfərdən 26-sı saxlanılaraq barələrində həbs qətimkan tədbiri görülüb.


Вернуться назад