Главная > Müsahibə > "Fətullah Gülənin əsas məqsədi Ərdoğanı həbsə atdırmaq idi"

"Fətullah Gülənin əsas məqsədi Ərdoğanı həbsə atdırmaq idi"


11-11-2015, 01:07.
 
Türkiyədə  Ergenekon araşdırması çərçivəsində həbs olunan və 2012-ci ildə  azadlığa buraxılan  Nedim Şener Fətullah Gülənin rəhbərlik etdiyi "paralel quruluş"un  o zamankı baş nazir Ərdoğanı həbs etmək üçün planlar qurduğunu açıqlayıb.
 
Avropa.info xəbər verir ki, Nedim Şener  2013-ci ilin  17-25 dekabrında  dövlət çevrilişi cəhdi edən "paralel quruluş"un əsl məqsədinin dövrün baş naziri  Tayyib Ərdoğanı həbsə atmaq olduğunu deyib. 

"Yalnız hakimiyyəti  deyil, ölkəni ələ keçirəcəkdilər. Baş naziri həbs edə bilsəydilər, ehtimal ki, məni də təkrar zindana atacaqdılar  və bir daha da ömür boyu azadlıqda olmama imkan verməyəcəkdilər" deyə Şener bildirib

Вернуться назад