Главная > Mövqe > 2 ayda 114 min azərbaycanlı Gürcüstana səfər edib

2 ayda 114 min azərbaycanlı Gürcüstana səfər edib


1-04-2016, 21:47.

tbilisi

Gürcüstan Cənubi Qafqaz ölkələri ilə yanaşı, MDB, Orta Asiya və bir sıra Avropa ölkələri vətəndaşlarının səyahət etdiyi ölkələrdən biridir. Cari ilin yanvar-fevral aylarında Gürcüstana 360 mindən çox turist səfər edib. Onların da 114 mini Azərbaycan vətəndaşlarıdır. Azərbaycan bu göstərici ilə Gürcüstana gələn xarici turistlərin siyahısında birinci yerdədir. İkinci üçüncü yerləri Türkiyə və Rusiya vətəndaşları tuturlar.

Dincəlmək üçün Gürcüstanı seçən azərbaycanlıların sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb.

Gürcüstanın Turizm Agentliyinin rəhbəri Mixeil Çerkezişvili "Report”a bildirib ki, Gürcüstanda qiymətlər Avropa ölkələri ilə müqayisədə baha olsa da, bir sıra ölkələrdən ucuzdur: "Bu da onları qane edir. Xarici ölkə vətəndaşlarının Gürcüstana səfər etmələrinin bir səbəbi də bizim əlimizdə olanları, musiqimizi, rəqsimizi, mətbəximizi, şərabımızı düzgün təqdim etməyimizdə, restoran və otellərdə normal xidməti təşkil edə bilməyimizdədir. Ən əsası ölkəmizin turizm imkanlarının xaricdə düzgün şəkildə reklamının aparılmasıdır”.

Qeyd edək ki, 2015-ci ildə Gürcüstana rekord həddə – 5,8 milyon nəfər turist gəlib. Turizmdən ötən il 750 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. Gürcüstan hökuməti 2025-ci ilədək turizm gəlirlərini 2,3 milyard dollara qədər yüksəltmək niyyətindədir. Bunun üçün "Gürcüstan turizminin inkişaf strategiyası” proqramı hazırlanıb. (Report)


Вернуться назад