Главная > Mənəviyyat > Paşa Yaqubdan ateist yazarlara çağırış...

Paşa Yaqubdan ateist yazarlara çağırış...


1-04-2016, 20:51.
"Həqiqətən sizin dostunuz (müşriklərin təqdim etdikləri kimi) divanə deyildir!" Quran, 81:22.

Bu günlərdə M. F. Axundov haqda işlətdiyim fikirlər ateistlərin qəzəbinə səbəb olmuşdur. Belə ki, peyğəmbərlərə qarşı həqarət edən Axundova imansız, dinsiz deməyim, belələrinin cəhənnəmdə olacağını Qurana istinadən bildirməyim ateistlərə xoş getməmişdir. Dərhal sosial şəbəkələrdə əleyhimə kompaniya başlanmış və məni "savadsız", "ağılsız", "geridəqalmış", "fanatik" və s. təhqiramiz ifadələrlə aşağılamağa çalışmışlar. Haqqımda səsləndirilən ifadələrin doğru olub-olmadığını və yaxud, həmin ifadələrə kimin daha layiq olduğunu nümayiş etdirmək üçün ateistlərə bir təklifim var: siz də yazarsız, mən də yazaram. Fərqimiz ondadır ki, mən milli-mənəvi dəyərlərə söykənib, Peyğəmbəri özümə örnək seçmişəm. Siz isə, bu dəyərlərə və Peyğəmbərə lağ etməklə özünüzü Axundovun davamçısı sayırsız və onu özünüzə peyğəmbər hesab edirsiniz. Olsun! Bu sizin şəxsi fikrinizdir və fikir plüralizminə qarşı çıxmaq fikrim də yoxdur. Təklifim nədən ibarətdir? Yuxarıdakı epitetlərə kimin layiq olduğunu üzə çıxarmaq üçün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edərək, elmimizi yarışdırmağı (müqayisə etməyi)  təklif edirəm. Aydındır ki, müasir dövrümüzdə  hər bir qələm əhlinin reytinqi (xalqın ona münasibəti) onun yazdığı məqalənin altındakı oxunma sayı ilə ölçülür. Odur ki, mən "geridəqalmış" yazar olaraq, bu müraciətin sonuna dörd gün qabaq yayımlanan və  oxunma sayı qırx  mini keçən məqaləmin linkini qoyuram. Özünü Axundovun davamçısı, "modern", "bərkgedən" sayan ateistlər də buyurub,  son bir ayda yayımladıqları və oxunma sayı 40 min demirəm, on minə çatan bircə dənə  məqalələrini qoysunlar ortalığa, xalq da görsün ki, kim savadlıdır, kim geridəqalmışdır?! Necə deyərlər: "İsfahan burada olmasa da iynə ki, buradadır?" 
Əgər elmlərini ortaya qoya bilməsələr, onda onların cavablarını verməyi Allaha  buraxıram. Necə ki, Rəbbim buyurur:

"Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü bura çağıraq! Sonra Allaha dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Quran, 3:61
 
Tədqiqatçı-yazar,ilahiyyatçı-Paşa YAQUB


Вернуться назад