Главная > Dünya > Hillary Klinton: "İŞİD"lə mübarizədə müharibə ən uğurlu yol deyil

Hillary Klinton: "İŞİD"lə mübarizədə müharibə ən uğurlu yol deyil


11-11-2015, 00:53.

Klinton bildirib ki, müharibə elan etmədən əvvəl bütün risklər hesablanmalıdır

 

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton bəyan edib ki, 2016-ci ildə keçiriləcək seçkilərdə uğur əldə etsə  terrorçu "İŞİD" qruplaşmasına müharibə elan etməyə hazır olmayacaq.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, Nyu-Qempşir əyalətində seçicilərlə görüşən Klinton bildirib ki, müharibə elan etmədən əvvəl bütün risklər hesablanmalıdır və "müvafiq hərbi büdcə formalaşdırılmalıdır".

"Mən hesab etmirəm ki, müharibənin elan edilməsi "İŞİD"lə mübarizədə ən uğurlu yoldur", - deyə prezidentliyə namizəd vurğulayıb.


Вернуться назад