Главная > Kriminal > Tanınmış jurnalistin ölüsü tapılıb

Tanınmış jurnalistin ölüsü tapılıb


1-04-2016, 11:38.

Dmitry Tsilikin\

Rusiyada tanınmış müstəqil jurnalist Dmitry Tsilikin Sankt Peterbuqrdakı mənzilində ölü tapılıb.

Polisin məlumatına görə, aprelin 1-də 54 yaşlı Tsilikinin çoxsaylı bıçaq zərbələri vurulmuş cəsədi aşkarlanıb.

Polis jurnalistin azı 2 gündür öldüyünü bildirir. Onun dizüstü kompüteri və mobil telefonu yoxa çıxıb.

Polis hələlik şübhəli bir şəxsin olmadığını, araşdırma getdiyini deyir.

Tsilikin tanınmış jurnalist idi, mədəniyyət və musiqidən yazırdı. O, müstəqil media orqanlarında sosial mövzular, mülki hüquqlardan da yazırdı. Yazıları "Chas Pik”,  Kommersant, The Moscow News, Vedomosti qəzetlərində dərc olunurdu.

2001-2003-cü illərdə Rusiyanın RTR televiziyasında iki populyar proqramın aparıcısı olub. O, AzadlıqRadiosunun rus xidmətinin hazırladığı dəyirmi masa müzakirələrində, digər proqramlarda da tez-tez iştirak edirdi.


Вернуться назад