Главная > Ölkə > Xədicə İsmayıla dəstək aksiyaları keçiriləcək

Xədicə İsmayıla dəstək aksiyaları keçiriləcək


31-03-2016, 21:18.

xedice-ismayil2

Mayın 27-də dünya ölkələrində həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayıla dəstək aksiyaları keçiriləcək.

Həmin gün Xədicə İsmayılın 40 yaşı tamam olur.

İnsan haqları müdafiəçiləri bu münasibətlə həmin günXədicə İsmayıla simvolik dəstək aksiyası keçirmək qərarına gəliblər.

Bu barədə təşkilatçılar xüsusi Feysbuk səhifəsində məlumat yayıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib. (azadliq.org)


Вернуться назад