Главная > Region > 10 dəqiqə yağan dolu 3 rayona ziyan vurdu

10 dəqiqə yağan dolu 3 rayona ziyan vurdu


31-03-2016, 22:25.

bitmap-img6

Martın 31-də saat 17:40 radələrində Göyçay rayonuna güclü dolu yağıb

 


Uluyol.info APA-ya istinadən xəbər verir ki, təqribən 10 dəqiqə davam edən dolu evlərin dam örtüklərinə, fərdi təsərrüfatlara ziyan vurub. Dolu daha çox rayonun Qarabaqqal, Hacalıkənd, Bığır kəndlərinə düşüb.

Dolu dənələrinin böyük olması səbəbindən evlər və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb.

Məlumata görə, Qəbələ və İsmayıllı rayonlarının kəndlərindən də dolu düşüb və təsərrüfatın ayrı-ayrı sahələrinə xeyli ziyan dəyib. Hazırda bölgəyə leysan yağmaqda davam edir. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb.


Вернуться назад