Главная > Dünya > Çin əhalisi daha 30 milyon artacaq

Çin əhalisi daha 30 milyon artacaq


10-11-2015, 23:18.

 

Tək uşaqlı siyasətdən imtina edən Çin Xalq Respublikasının işçi qüvvəsi 2050-ci ilə qədər 30 milyon artacaq.

 

Axar.az xəbər verir ki, bu barədə Çinin Milli Sağlamlıq Mərkəzinin verdiyi hesabatda qeyd edilib.

 

Bildirilib ki, ailədə iki övlada icazə verilməsi ölkə iqtisadiyyatında 0.5 % artıma səbəb olacaq. Eyni zamanda təhsil müəssisələrinin tikintisini də zəruri edəcək.

 

Bir il ərzində Çində doğum sayının 20 milyonu keçməsi gözlənilir.

 

Hesablamalar göstərir ki, 2029-cu ildə ölkə əhalisinin sayı 1 milyard 450 milyonu ötəcək.


Вернуться назад