Главная > Maraqlı > “WhatsApp”dan daha bir yenilik

“WhatsApp”dan daha bir yenilik


31-03-2016, 07:49.

Əlavə etdiyi yeniliklərlə istifadəçilərini sevindirən ani mesajlaşma xidməti "WhatsApp” daha bir ilkə imza atıb.

Bu dəfə "WhatsApp” şriftini dəyişir. Artıq istifadəçilər qalın və əyri yazı şriftlərindən istifadə edərək mesajlar yaza biləcək. Beta yenilənmədən sonra istifadəçilər tədricən bu yenilikdən istifadə etməyə başlayacaq. Mesajlaşma xidməti istifadəçiləri qalın, əyridən başqa, həm də üzərində xətt çəkilmiş mesaj mətnləri yaza biləcəklər .

Yazmaq istədiyiniz mesajların içində müəyyən kodlardan istifadə edərək buna nail olmaq mümkündür. Qalın şriftlərlə yazmaq istədikdə cümlənin başında və sonunda ulduz işarəsi (*) qoymaq lazım olacaq. Əyri hərflərlə mesaj göndərmək istəyirsinizsə bunun üçün sizə cümlənin əvvəlində və sonunda aşağıdan xətt (_) qoymaq lazım olacaq. "WhatsApp”a bu il gələcək yeniliklər Yazdığınız cümlədə sözlərin üzərindən xətt çəkilməsini istəyirsinizsə təqribi bərabərlik (~) işarəsini qoymaq kifayət edəcək.

Bundan başqa "Whatsapp”ın yenilənmiş versiyasında mesajları arxivləmək, oxunmamış kimi göstərmək, qrupdan çıxmaq kimi əmrləri tək həmlədə edə biləcəksiniz. Eləcə də mesajlaşma xidmətinin çoxlarının bəyənəcəyi yeniliyi tək rəngli divar kağızlarının mövcudluğu olacaq. "WhatsApp” yazışma tətbiqi istifadəçi sayını rekord həddə - 1 milyarda çatdırıb.

Sistem istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən "Facebook Messenger"i ötüb. Şirkətin son hesablamalarına görə, "WhatsApp” vasitəsilə gün ərzində 42 milyard ismarış, 250 milyon video mesaj göndərilir. 2014-cü ilin fevralında isə tarixin ən böyük alğı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan "WhatsApp”ı "Facebook” şirkəti 19 milyard dollara satın alıb.anspress


Вернуться назад