Главная > Mənəviyyat > Himnimiz işarət dilində ifa olundu-VİDEO

Himnimiz işarət dilində ifa olundu-VİDEO


31-03-2016, 13:45.

Azərbaycanlı gənclər Azərbaycan Dövlət Himnini işarət dili vasitəsilə ifa ediblər. Layihənin PR meneceri Rəşid Mustafazadənin Lent.az-a verdiyi məlumata görə, bir neçə dəqiqəlik videoçarxda həvəskar gənclər himnimizin hissələrini işarət dili vasitəsilə çatdırıblar.

 

İdeya müəllifi və layihə rəhbəri Nuranə Abıyeva bu işin ərsəyə gətirilməsini çoxdan arzuladığını bildirib: "İşarət dilində bir çox videoçəkilişlər təşkil etdim, lakin bu işə ilk başladığım vaxtlardan etibarən ən birinci hədəfim məhz himnimizin bu dillə tərcüməsini öyrənərək, videoçarx şəklində təqdim etmək idi. Təbii ki, ilk vaxtlarda hələ çox sözün tərcüməsini bilmədiyimə görə bu işi bir az gecikdirməli oldum. "Azərbaycan Gənclər Klubu”nun dəstəyi və mənimlə bu çəkilişdə könüllü işləmək istəyən aktiv gənclərlə birlikdə bu işi reallaşdırmaq imkanı qazandım. Ümid edirəm ki, Azərbaycan musiqi aləminin dahi klassiki Üzeyir Hacıbəyov və unudulmaz ədibimiz Əhməd Cavadın müəllifi olduğu himnimiz bu cür təqdimatda da bəyəniləcək”.

 

Qeyd edək ki, bundan əvvəl bir qrup həvəskar gənc Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin "Gənclərə xitabı" ilə bağlı videoçarx hazırlamışdı.


Вернуться назад