Главная > Siyasət > Bəşər Əsəd növbədənkənar prezident seçkilərinə hazır olduğunu AÇIQLADI

Bəşər Əsəd növbədənkənar prezident seçkilərinə hazır olduğunu AÇIQLADI


31-03-2016, 14:30.

Suriya prezidenti Bəşər Əsəd növbədənkənar prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o bu addımı Suriya xalqının istəyəcəyi təqdirdə atacağını bildirib.

 

"Bu, Suriya xalqının mövqeyindən asılıdır. Əgər belə bir iradə varsa, mənim üçün problem deyil. Bəzi müxalif qüvvələrin deyil, xalqın iradəsi ilə hesablaşmaq təbiidir”, - deyə o vurğulayıb.

 

Bununla yanaşı B. Əsəd qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi hazırkı siyasi prosesin tərkib hissəsi kimi irəli sürülməyib.


Вернуться назад