Главная > İdman > "Fənərbaxça"nın futbolçusu dopinqə ilişib? - İDDİA

"Fənərbaxça"nın futbolçusu dopinqə ilişib? - İDDİA


30-03-2016, 16:18.

"Fənərbaxça”nın müdafiəçisi Gökhan Gönüllə bağlı mətbuatda iddialar yayılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 31 yaşlı milli futbolçuda doping aşkarlanıb.

Belə ki, fevralın 29-da keçirilmiş "Fənərbaxça” – "Beşiktaş” matçından sonra Gökhan Gönül dopinq testdən keçib. Onun qanında istifadəsi qadağan olunan  maddələr çıxıb.

Bildirilir ki, derbidən öncə təcrübəli futbolçu  ağrıkəsici iynənin köməyi forma geyinib.

Qeyd edilib ki, bu maddələr  qüvvətverici maddələr deyil, sadəcə  ağrı kəsici maddələr olub. Bu maddələri istifadə etməzdən  əvvəl  TFF-yə məlumat verilməlidir. Əgər edilmədiyi təqdirdə futbolçunun 2 il müddətə futboldan uzaqlaşdırılacaq.

Bu gün "Fənərbaxça” klubu rəsmi saytında bununla bağlı məlumat yayıb. Məlumatda qeyd edilib ki, Gökhan Gönülün müalicəsi ilə bağlı bütün sənəd, resept və analizlər Türkiyə Futbol Federasiyasına göndərilib.


Вернуться назад