Главная > İdman > Futbol komandası qəzaya düşüb: ölənlər var

Futbol komandası qəzaya düşüb: ölənlər var


30-03-2016, 19:51.

futbol-ayaqlar

Polşanın 3-cü liqasında çıxış edən "Volçanka” futbol komandası faciəvi avtomobil qəzası keçirib. "Avia Svidnik”lə oyuna yollanan komandanın avtobusu qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə, 5 futbolçu həyatını itirib. Bunlar 28 yaşlı Rafal Pıdıx, 23 yaşlı Kamil Pıdıx, 19 yaşlı Patrik Şveçak, 25 yaşlı Mariuş Korzepa və 29 yaşlı Kamil Oşlizlodur. Oyunçulardan 3-ü hadisə yerindəcə, 2-si xəstəxanada keçinib.

Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar Polşa və Finlandiya yığmaları arasındakı yoldaşlıq görüşü birdəqiqəlik sükutla başlayıb. (Report)


Вернуться назад